İyulun 27-də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb və birgə layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.
Səfir səmimi qəbula görə nazir müavininə minnətdarlığını bildirib.