İyulun 27-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Mekan İşanquliyevlə görüşüb.
Türkmənistan səfirini vəzifəyə təyin olunması münasibətilə təbrik edən Baş nazir Artur Rasizadə əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün kifayət qədər potensialın olduğunu xatırladaraq, iqtisadi-ticari əməkdaşlığın bir çox istiqamətlər üzrə, xüsusən, energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat və yükdaşımaları sahəsində, habelə humanitar sferada geniş imkanların mövcudluğunu diqqətə çatdırıb.
Türkmənistanın dövlət və hökumət rəhbərlərinin səmimi salamlarını Azərbaycanın Baş nazirinə çatdıran diplomat iki xalq arasında tarixən yüksək səviyyəli milli-mədəni əlaqələrin daha da dərinləşdirilməsi üçün çalışacağını bildirib.