Noyabrın 1-dən 5-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Cüzeppe Verdinin “Traviata” əsəri nümayiş etdiriləcək.
Noyabrın 1, 3 və 5-də səhnə əsərində Violetta Valeri obrazını Azərbaycanın Əməkdar artisti Dinara Əliyeva (soprano), Jorj Jermon obrazını Əməkdar artist Elçin Əzizov (bariton) canlandıracaq.
Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edib.
E.Əzizov isə 2008-ci ildən Böyük Teatrın səhnəsində çıxış edir. Rus və Avropa bəstəkarlarının məşhur opera tamaşalarında yaddaqalan obrazlar yaradıb.