Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevin, institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevin və qurumun elmi işçisi Vüsalə Abbasovanın həmmüəllifi olduqları “Beynəlxalq informasiya və bilik iqtisadiyyatının formalaşma xüsusiyyətləri və inkişaf tendensiyalarının araşdırılması” məqaləsi dünyanın nüfuzlu “Review of knowledge economy” jurnalında dərc edilib.
İnstitutdan bildirilib ki, məqalədə ümumdünya iqtisadi sistemlərini xüsusiyyətləri və formalaşma mərhələləri izah olunub. İnformasiya və biliyin xüsusiyyətləri, transformasiya üsulları, idarə olunması sistemləri araşdırılıb, informasiya və bilik iqtisadiyyatının formalaşma xüsusiyyətləri inkişaf tendensiyalarının təhlili əsasında müvafiq tövsiyələr işlənilib.
Qeyd edək ki, “The Pak Publishing Group” elmi bazasına daxil olan “Review of knowledge economy” jurnalı ABŞ, Çin, Almaniya, İsveç, Rusiya kimi ölkələrin nüfuzlu bazalarında indeksləşib.