Lənkəranda fəaliyyət göstərən Cənub Regional Televiziyasının nəzdində fəaliyyət göstərən “CTV-Sinema”nın istehsal etdiyi “Təlatüm” bədii filminin təqdimatı olacaq. İnsan taleləri, həyatda özlərini itirənlərin faciəsi, bu insanların ailə dramları əks olunan bədii filmdə 40-a yaxın personaj canlandırılıb, kütləvi səhnələr çəkilib.
   Filmin ssenari müəllifi Bəxtiyar Axundov, rejissoru Şamil Muradovdur.
   Baş rolları Xalq artisti Qabil Quliyev, aktyorlardan Orxan Cahangir və Gülər Kərimova ifa edirlər. Filmin çəkilişləri 2010-cu ilin martında başlanılıb, oktyabr ayında başa çatıb.