Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin tədbirlər planına uyğun olaraq, Salyan rayon Mədəniyyət mərkəzi əhalinin asudə vaxtını səmərəli təşkil etmək məqsədilə tədbirləri davam etdirir. Növbəti tədbir Qarabağlı kəndindəki istirahət mərkəzində keçirilib. Çay süfrəsi ətrafında görüşə Qarabağlı sahəsində çalışan neftçilər, pambıqçılar, ağsaqqallar, yeniyetmə və gəncləri dəvət olunub.
Şəhid Bəxtiyar Ağayev adına Qarabağlı kənd Diyarşünaslıq evində fəaliyyət göstərən Şaiq Ağayevin rəhbərlik etdiyi bədii özfəaliyyət kollektivinin ifa etdiyi musiqilər, saz havaları, poeziya həvəskarlarının çıxışı maraqla və alqışlarla qarşılanıb.