Avqustun 23-də “AIESEC” Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən “Global Village” mədəniyyət festivalı keçiriləcək.
   Festivalda “Global Volunteer” proqramı ilə dünyanın 30-dan çox ölkəsindən Azərbaycana dəvət olunan xarici könüllülər öz mədəniyyətlərini, adət-ənənələrini təqdim edəcəklər. Onlar Bakıda “AIESEC”-Azərbaycan tərəfindən təşkil olunmuş müxtəlif layihələrdə çalışırlar.
   Tədbirin qonaqları müxtəlif ölkələrin musiqisi, rəqsləri, incəsənəti, mətbəxi və adət-ənənələrindən zövq ala bilər. Çünki yalnız mədəni anlaşma və tolerant münasibət vasitəsilə dünyada birlik və harmoniya əldə etmək olar.
   “Global Village” “AIESEC” Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən 2011-ci ildən bəri hər il keçirilən rəngarəng mədəniyyət festivalıdır.