Şəki Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən yay mövsümü dövründə mədəni xidmətlərin təşkilinə dair tədbirlər planına əsasən M.F.Axundzadə adına Mədəniyyət mərkəzinin tabeliyində olan Qaratorpaq kənd folklor klubu və Baş Küngüt kənd Diyarşünaslıq evi “Qala divarları” ərazisində konsert proqramı ilə çıxış edib.
   Şəki sakinləri ilə yanaşı, bölgələrdən gələn turistlər də konserti maraqla qarşılayıblar. Bədii özfəaliyyət kollektivləri maraqlı və yaddaqalan çıxışları ilə xarici ölkələrdən gələn turistlərin də diqqətini çəkib, konsert onlara da xoş ovqat bəxş edib.