Kiyevin mərkəzində zəmanəmizin böyük müğənnisi, bəstəkar Müslüm Maqomayevin adını daşıyacaq park salınacaq.
   Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə salınacaq parkda tikintiyə başlamaq üçün Kiyev Şəhər Administrasiyasının rəsmi icazəsi alınıb.
   Səfirlikdən verilən məlumata görə, Kiyev Şəhər Administrasiyasının Parklar idarəsi müvafiq qərar qəbul edib.
   Parkda Müslüm Maqomayevin 6 metr hündürlüyündə heykəli qoyulacaq. Heykəlin müəllifi tanınmış heykəltəraş, Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanovdur.