İçərişəhərdə açıq səma altında bir neçə gənc rəssamın sənət əsərlərindən ibarət sərgi açılıb. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və “Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə gerçəkləşib.
Qurumun rəhbəri Dadaş Məmmədov bildirib ki, “Art weekends in Icherisheher” layihəsi çərçivəsində təşkil olunan sərgidə fırça ustalarının müxtəlif mövzulu rəsmləri yer alıb. Paytaxt sakinləri və turistlər tərəfindən maraqla qarşılanan sərgi həftənin şənbə və bazar günləri təşkil edilir.