Abşeron rayon Xırdalan şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürovun iştirakı ilə Abşeron rayon mədəniyyət işçilərinin zona müşavirəsi keçirilib.
Mehman Şükürov müşavirəni açaraq müəssisələrdə son altı ayda görülən işlər və aparılan yoxlamaların nəticələri haqqında geniş məlumat verib. Mədəniyyət müəssisələrinin müxtəlif tədbirlərdə çıxışı, qastrol səfərləri, müsabiqə və festivallarda qazanılan nailiyyətlər barədə danışan idarə rəisi Xırdalan, Saray, Ceyranbatan, Mehdiabad, Qobu musiqi məktəblərinin fəaliyyətini müsbət qiymətləndirib.
Aparılan yoxlamaların nəticələrinə uyğun olaraq fəaliyyəti qənaətbəxş olmayan və davamiyyəti zəif olan müəssisələrin rəhbərlərinə ciddi xəbərdarlıq edilib. Bildirilib ki, müəssisə rəhbərləri qısa vaxt ərzində fəaliyyətlərində dönüş yaratmasalar, həmin müəssisələrin fəaliyyətlərinə xitam veriləcək.