“Heritage Auctions” hərrac evindən verilən məlumata əsasən, amerikalı rəssam Norman Rokvelin (1894-1978) eskizi 1,6 milyon dollara satılıb.
«Çətin qərar» (1949, «Yağış üzündən dayanan oyun» adı ilə tanınır) adlı eskiz Texasda yaşayan ailə tərəfindən tapılıb. Ailənin üzvləri əvvəlcə tapılan eskizin orijinal olmadığını fikirləşiblər. Bir qədər sonra isə məlum olub ki, tapılan əsər orijinaldır.
Rokvel bu əsəri illüstrasiyalar qəhrəmanlarından biri olan - beysbol hakimi Jon Reardona hədiyyə edib. Sonradan əsərin sahibi onun qız nəvəsi Sandra Sprinkl olub. «Çətin qərar» əsəri Sandranın Dallasdakı evini bəzəyirdi.
Sandranın ölümündən sonra həyat yoldaşı evlərini satıb qocalar üçün internata köçmüşdü. Onun bacısı oğlu eskizə göz gəzdirərkən üzərində fırça izlərini aşkar etdikdə hərrac evinə müraciət etməyi qərara alır. Yalnız bundan sonra əsərin orijinal olduğunu sübut etmək mümkün olub. Əsərin yeni sahibi adının naməlum qalmağını istəyib.
İlona