Milli Qəhrəmanların xatirəsi anılıb
   
   Neftçala rayon MKS-nin Uşaq şöbəsində Milli Qəhrəmanlar Ehtiram Əliyevlə Rövşən Əliyevin 45, Yunis Nəcəfovun isə 50 illik yubileyləri ilə əlaqədar “Vətəni sevməyən insan olmaz” mövzusunda söhbət keçirilib. Tədbirdə yay məktəbinin şagirdləri və kitabxana işçiləri iştirak ediblər. 
   Kitabxanaçı Y.Qafarova Milli Qəhrəmanlarımızın düşmənlə mübarizəsindən, vətən yolunda öz canlarını necə qurban verdiklərindən söz açıb. Onların vətən qarşısında xidmətlərinin gənclər üçün örnək olduğunu bildirib.