Sentyabrın 7-də Vaşinqtonda fəaliyyət göstərən Yaxın Şərq İnstitutunda Azərbaycan xalçalarının sərgisi təşkil olunacaq.
Azərbaycan Xalça Muzeyindən verilən məlumata görə, ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə reallaşacaq sərgidə qonaqlar bölgələrimizin xalçaçılıq sənətinin ənənələri ilə tanış olmaq imkanı əldə edəcəklər.
Sərgi çərçivəsində rəsmi qəbul da keçiriləcək.