Film II Dünya müharibəsində Bakının səmasını qoruyan ispan pilotlara həsr olunub
   
   Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” kinostudiyası və İspaniyanın Valensiya şəhərində fəaliyyət göstərən kinostudiya yeni müştərək filmin çəkilişlərinə başlayıb. “Salnamə” kinostudiyasından bildiriblər ki, film II Dünya müharibəsi ərəfəsində Gəncədə fəaliyyət göstərən hərbi hava məktəbində təhsil alan 15 ispaniyalı pilota həsr olunub.
   Filmdə İspaniya-Azərbaycan tarixi dostluğu, II Dünya müharibəsi zamanı Bakının səmasının qorunmasında ispan pilotlarının nümayiş etdirdiyi qəhrəmanlıq əksini tapacaq. Süjet xətti 45 dəqiqə nəzərdə tutulmuş filmin çəkilişləri cari ilin payızında başa çatacaq.