Astara rayon Mədəniyyət mərkəzi N saylı sərhəd zastavasında “açıq qapı” gününə (valideynlərin əsgər övladları ilə görüşü) sənət sovqatı aparıb.
Mərkəzin “Sevinc” mahnı və rəqs ansamblı və “Cənub” rəqs kollektivi rəngarəng konsert proqramı ilə çıxış edib.
Tədbirin sonunda sərhəd zastavasının rəhbərliyi və valideynlər rəngarəng və maraqlı konsert proqramına görə mədəniyyət işçilərinə minnətdarlıqlarını bildiriblər.