Sentyabrın 6-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Peru Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Luis Çanq ilə görüş keçirilib.
Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa qonağa tədris ocağının fəaliyyəti barədə məlumat verib, xarici əlaqələrin təcrübə, tələbə-müəllim mübadiləsində əhəmiyyətindən söz açıb. Vurğulanıb ki, ATMU xarici əlaqələrinin genişlənməsində maraqlıdır.
Söhbət zamanı iki ölkədə turizmin müasir vəziyyəti, inkişaf istiqamətləri, o cümlədən həlli vacib bilinən problemlər, ikitərəfli əməkdaşlıq perspektivləri və sair məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.