“Salnamə” kinostudiyası tərəfindən ekranlaşdırılan “Xəzərdən Dunayadək” sənədli filminin çəkilişləri başa çatıb. Film Böyük Vətən müharibəsi illərində 223-cü Azərbaycan milli diviziyasının keçdiyi döyüş yoluna həsr olunub. 1941-ci ilin oktyabrında Quba-Qusar-Dəvəçi zonasında təşkil edilmiş bu diviziya 3600 kilometr döyüş yolu keçərək Ukrayna, Moldova, Rumıniya, Çexiya, Macarıstan və Avstriyanın alman faşistlərindən azad olunmasında iştirak edib.
Filmin ssenari müəllifi Toğrul Vəli, rejissoru Tahir Əliyev, operatoru Elxan Rüstəmovdur. Orijinal sənədlərdən, foto və kino materiallarından istifadə olunmuş filmin çəkilişləri Azərbaycanın rayonlarında, Moskva və Serbiyada aparılıb. “Xəzərdən Dunayadək” sənədli filmi yaxın vaxtlarda tamaşaçılara təqdim olunacaq.