Bu ilin oktyabrında İranın Həmədan şəhərində “25-ci Beynəlxalq uşaq və gənclər film festivalı” keçiriləcək. Festivalın qısa və tammetrajlı bədii, video, həmçinin animasiya filmlərini əhatə edən müsabiqə proqramından əlavə, müsabiqədənkənar proqramı da var. Bu proqrama son illər müsəlman ölkələrində istehsal olunmuş filmlərin nümayişi daxildir. Bununla əlaqədar Azərbaycanda 2000-ci ildən başlayaraq uşaq və gənclər üçün istehsal olunmuş 5 filmin (2 bədii, 3 cizgi filmi) də festivala göndərilməsi nəzərdə tutulur.

   Yeganə