Etnoqraf Bəhmən Əliyevin (Ayvazalı) “Elm və təhsil” nəşriyyatında nəşr olunan ikicildlik “Hindistan etnoqrafiyası” dərsliyi AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) təqdim edilib.
Dərsliyin elmi redaktoru AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, Əməkdar elm xadimi Teymur Bünyadovdur. Nəşrin birinci cildində Hindistanın tarixi-etnoqrafik səciyyəsi oçerklər şəklində qədimdən müasir dövrədək verilib, tarixə mədəniyyətin inkişafı müstəvisində baxılıb. İkinci cilddə Hindistan etnoqrafiyasının formalaşmasında dinlərin və dini inancların rolu, varna-cati sistemi, bayramlar, musiqi və rəqslər, ailə və ailə-nikah münasibətləri kimi məsələlər ənənəvilik və müasirlik müstəvisində araşdırılıb.