Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən sentyabrın 22-də saat 10:30-da Kürdəmir şəhəri Heydər Əliyev Mərkəzində (Bakı prospekti, 18) Beyləqan, İmişli, Kürdəmir, Xocavənd və Füzuli rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

 

 

Sıra

№-si

Şəhər (rayon)

Əlaqələndirici şəxs

Əlaqə telefonu

 1

 Kürdəmir

 Vaqif Alıyev

(02025) 5-04-14

(050) 366-52-42

 Beyləqan

 Nazim Mirzəyev

(02122) 5-15-09

(050) 308-33-99

 İmişli

 Nazim Əzimov

(02124) 6-39-62

(050) 389-40-31

 Xocavənd

 Aqil Cəfərov

(02122) 3-54-11

(070) 279-74-84

 Füzuli

 Elşad Cəfərov

(02631) 5-54-64

(050) 334-04-39