Azərbaycanlı aktrisa Türkiyədə daha bir filmə çəkilir
   
   “Dilbərin səkkiz günü” filmindəki rolu ilə kino karyerasını genişləndirən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Türkiyədə daha bir filmə çəkilir.
   Bu, yeni mövsümdə ATV kanalında yayımlanacaq “Yanğın var” filmidir. Türkiyə mediasının yazdığına görə, Nəsrinin də rol aldığı filmin çəkilişinə Rizə bələdiyyəsi dəstək verir. Hazırda filmin çəkilişləri Rizədə aparılır. Daha sonra isə Trabzonda davam etdiriləcək.
   Qeyd edək ki, Nəsrin Cavadzadə 11 yaşından Türkiyədə yaşayır.