Tanınmış aktyor, bənzərsiz rollar ifaçısı Əfrasiyab Məmmədovun yaradıcılığının bir hissəsini əks etdirən materiallar Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim olunub. Materialları arxivə Ə.Məmmədovun qohumu, rejissor Yaqub Əliyev təqdim edib.
Arxivin direktoru Maarif Teymur bildirib ki, sənədlər arasında Ə.Məmmədovun “Koroğlu”, “Qızmar günəş altında”, “Kişi sözü” filmlərində, “Otello”, “Vaqif”, “Ailə namusu” və digər səhnə əsərlərində oynadığı rolları əks etdirən fotoşəkillər var. Təqdim olunmuş materiallar sırasında mərhum sənətkarın kino və tamaşalarda tərəf-müqabil olduğu, həmçinin dövrünün görkəmli adamları ilə çəkdirdiyi fotoşəkillər də yer alıb.
Hazırda arxivin əməkdaşları təqdim edilmiş materialların siyahısını hazırlayırlar. Yaxın vaxtlarda Ə.Məmmədovla bağlı digər materiallar da arxivə təqdim olunacaq. Bütün işlər qaydaya salındıqdan sonra Əfrasiyab Məmmədovun şəxsi fondu rəsmiləşdiriləcək.