Minskdə belaruslu çap ustası, yazıçı-filosof Fransisk Skorinanın (1490-1551) “Yudifin kitabı”nın Bakıda nəşr olunmuş miniatür versiyasının təqdimatı keçirilib.
Təqdimatda nəşrin təşəbbüskarı - Bakıdakı Miniatür Kitab Muzeyinin təsisçisi Əməkdar mədəniyyət işçisi Zərifə Salahova, mətnlərin müəllifləri - Belarus Milli Kitabxanasının direktor müavini Ales Suşa və kitabxananın şöbə müdiri Qalina Kireyeva, habelə Belarus İnformasiya Nazirliyinin, Azərbaycanın bu ölkədəki səfirliyinin nümayəndələri iştirak ediblər.
F.Skorinanın ən məşhur əsərlərindən birinin miniatür nəşri Belarus Milli Kitabxanasının, “Azərbaycan İcmaları Konqresi” ictimai birliyinin sədri Natiq Bağırovun dəstəyi sayəsində işıq üzü görüb.
“Yudifin kitabı” Bibliyanın Əhdi-Ətiq bölməsində israilli dul qadının öz şəhərini assuriyalıların hücumundan xilas etməsini təsvir edən əhvalatdır.