Füzuli Dram Teatrında yeni, 29-cu mövsümün açılışı olub. Tədbirdə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev, Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova çıxış ediblər. Teatrın ötən mövsümdə uğurları ilə fərqlənən bir neçə aktyor və aktrisası fəxri fərmanla təltif olunub.
Çıxışlardan sonra teatrın repertuarında olan Şıxəli Qurbanovun "Özümüz bilərik” tamaşası qonaqlara təqdim olunub. Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Sehran Xanlarov, Sevinc Məmmədova, Elşən Gözəlova, Aygün Cəfərova, Orxan Əlibəyov və başqaları çıxış edir.