İyun ayında Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan olunan “Mənim yay tətilim - 2017” respublika uşaq rəsm müsabiqəsi başa çatıb.
Müsabiqənin yekun sərgisi oktyabrın 6-da Xətai Sənət Mərkəzində keçiriləcək.
Məktəblilərin yay istirahətlərinin zövqlü keçməsi və tətil ərzində diqqəti çəkən hadisələri öz düşüncələri ilə tabloda yaratmaq bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilən müsabiqəyə 430-dan çox uşaq qatılıb. Sərgidə 130 məktəblinin əl işlərinin nümayiş olunması nəzərdə tutulur.