Bakı Uşaq Teatrı 16-cı mövsümünü Qusar rayonunda, Şahdağ Turizm Mərkəzində açıb. Rayonun ucqar kənd məktəblilərinin qonağı olan teatr türk dili günündə türk nağılı əsasında İlhamə Əhmədovanın quruluşunda olan “Pəltək cücə” tamaşasını nümayiş etdirib. 
   Tamaşadan sonra sehrbaz Tofiq əminin maraqlı illüziya nömrələrini də balaca tamaşaçılar maraqla qarşılayıblar. Şou-proqramda mahnı və rəqs nömrələri nümayiş olunub.