Oktyabrın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək. Tamaşada əsas partiyaları Ukrayna Milli Operasının aparıcı solistləri, bu ölkənin əməkdar artistləri - beynəlxalq müsabiqələr laureatları Olqa Qolitsa və Denis Nedak ifa edəcək.
   Səhnə əsərində həmçinin teatrın aparıcı solistləri - əməkdar artistlər Nigar İbrahimova, Samir Səmədov, solistlər Elmira Süleymanova, Ayan Eyvazova, Liana Mirabdullayeva və digərləri çıxış edəcək.