Sentyabrın 11-dən 20-dək Rusiyanın Anapa şəhərində (Krasnodar diyarı) keçiriləcək “Kinoşok-2011” beynəlxalq kino festivalının əsas müsabiqəsinə 14 ekran əsəri vəsiqə qazanıb. Keçmiş sovet respublikalarının kinematoqrafçılarının təmsil olunduğu müsabiqədə iştirak hüququ qazanan filmlər arasında azərbaycanlı rejissorların ekran əsərləri də var. Bunlar Murad İbrahimbəyovun “Bundan yaxşı qardaş olmayıb” və İlqar Nəcəfin “Buta” filmləridir.
“Kinoşok-2011” müsabiqəsinə vəsiqə qazanan ekran əsərləri arasında Litva, Rusiya, Qazaxıstan, Gürcüstan, Estoniya, Özbəkistan, Latviya və digər ölkələrin istehsalı olan filmlər də var.
“Kinoşok-2011” müsabiqəsinə vəsiqə qazanan ekran əsərləri arasında Litva, Rusiya, Qazaxıstan, Gürcüstan, Estoniya, Özbəkistan, Latviya və digər ölkələrin istehsalı olan filmlər də var.