Oktyabrın 15-də Almaniya paytaxtındakı “Berlin-Bakı” qalereyasında “Azərbaycan Bolqarıstanla Berlində görüşür” adlı sərgi açılacaq.
Qalereyanın saytında yer alan məlumata görə, sərgidə İbrahim Əhrari, Günay Şəmsi, Vəfa Rüstəmova, Anar Şəmsiyev, Antonia Duende, Nikolay İvanov, Dimitar Hinkov və Boriana Pertçinskanın əsərləri nümayiş etdiriləcək. Sərgi noyabrın 8-dək davam edəcək.