Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsəri hazırlanır
   
   Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsəri hazırlanır.
   Teatrın mətbuat xidmətindən bildirilib ki, Conatan Sviftin məşhur “Qulliverin səyahəti” əsərinə müraciət edən yaradıcı kollektiv tamaşanı fərqli yozumda təqdim edəcək. Tamaşada kukla elementlərindən məharətlə istifadə olunaraq müəllifin başlıca silahı olan satira və gülüş məqamları yaradıcı heyət tərəfindən ustalıqla əks etdirilib.
   Quruluşçu rejissor Elşad Rəhimzadənin hazırladığı tamaşada rolları əməkdar artistlər Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Elşən Hacıbabayev, Müşfiq Əliyev, Ramil Məmmədov, Elnur Hüseynov, Asya Atakişiyeva və başqaları canlandıracaq. Premyera oktyabrın 27-də gerçəkləşəcək.