Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabrın 1-dən 5-dək Rusiya Federasiyası Kalmıkiya Respublikasının Elista şəhərində keçirilən “Keyeda” uşaq və yeniyetmələr üçün Beynəlxalq teatr festivalında iştirak edib.
   Festivalda teatrın repertuarından A.Şaiqin “Tıq-tıq xanım” tamaşası nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Ağaxan Salmanlıdır. Rolları Günel Məmmədova, Aygün Fətullayeva, Elnur Hüseynov, Elnur Kərimov, İlham Əsədov, Elşən Şıxəliyev və rejissor özü ifa edir.
   Teatr həmçinin oktyabrın 3-dən 9-dək Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Mariya” Beynəlxalq monotamaşalar festivalında iştirak edir. Festivalda Əməkdar artist Şövqi Hüseynovun iştirakı ilə P.Züskindin “Kontrabas” tamaşası nümayiş olunacaq.
   Festivala Polşa, İspaniya, Slovakiya, Böyük Britaniya və Türkiyədən teatrlar qatılıb.