Oktyabrın 5-də Almaniyanın Vürtsburq Universitetinin professoru Ziklinde Hartman Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Görüşdə qurumun Azərbaycan dilinə tərcümə və nəşr etdiyi Herman Hesse, Tomas Mann, Yohann Volfqanq Höte, Henrix Heyne, Patrik Züskind, Günter Qrass və digər bu kimi tanınmış alman ədiblərinin əsərlərindən söz açılıb.
Daha sonra Azərbaycan-Almaniya ədəbiyyatları arasında sıx ədəbi körpülərin qurulması, Azərbaycan ədəbiyyatının Almaniyada tanıdılması istiqamətində alman dilinə tərcümə edilmiş və xanım Ziklinde Hartmanın redaktoru olduğu “Azərbaycan hekayəsi” kitabının Frankfurt universitetlərinin kitabxanalarına yerləşdirilməsinə və təqdimatına dair məsələlər müzakirə olunub.
Sonda qonağa Mərkəzin son nəşrlərindən olan Haynrix Böllün “İki roman” kitabı hədiyyə edilib.