“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq teatr sahəsində aparılan islahatlar davam edir.
Mədəniyyət və turizm nazirinin müvafiq əmrlərinə uğun olaraq, Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov, habelə baş rejissor Gümrah Ömərov öz ərizələri ilə tutduğu vəzifələrdən azad ediliblər. Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə Yuğ Dövlət Teatrının baş rejissoru təyin edilib. Teatrın direktoru vəzifəsinin müvəqqəti icrası Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadəyə həvalə edilib.