Qan yaddaşımızı oyadan, bizi hər an mübariz olmağa çağıran daha bir sanballı kitab oxucuların ixtiyarına verilib. Məzahir Təhməzovun «Kəlbəcər» adlı ensiklopedik məlumatlar kitabına əsrarəngiz gözəlliyə, təbii sərvətlərə malik ulu diyarımız Kəlbəcərin fiziki-coğrafi şəraiti, faydalı qazıntıları, filiz yataqları haqqında məlumatlar, bəzi toponimlər, rayonun təbiətini əks etdirən fotoşəkillər, kəndlərin sxematik inzibati-ərazi xəritələri daxil edilib. Kitabın 2-ci hissəsində Kəlbəcərin 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi haqqında məlumat verilib.
   Kitabın ön sözünün müəllifi Əlövsət Ağalarov yazır: «Əziz kəlbəcərlilər və kəlbəcərsevər oxucular! Qarşınızdakı bu kitab adi kitab, müəllif təxəyyülü deyil! Bu kitab mənfur ermənilərin arxalı köpək olduqlarına görə dədə-baba torpaqlarımızı işğal etdikləri dövrdən Kəlbəcər həsrəti ilə qovrulan kəlbəcərlilərin qan yaddaşıdır! Bu yaddaş silinməməlidir, ildən-ilə təkrarlanaraq gənc nəslə çatdırılmalıdır. Çatdırılmalıdır ki, qoy Kəlbəcərin nə boyda dünya olduğunu görsünlər, onun qaytarılması uğrunda mübarizəyə hazır olsunlar».
   Kəlbəcəri sazsız-sözsüz təsəvvür etmək qeyri-mümkündür. Odur ki, müəllif bunu da nəzərə alaraq Kəlbəcər şairlərinin yaradıcılığından nümunələri də kitaba daxil edib. Hər zaman sözünün çəkisi olan Məmməd Aslan Kəlbəcər itkisini özünəməxsus bir formada təsvir edir.
  
   Yurd itirən bay olmaz,
   Dərddən-qəmdən ayılmaz!
   Bir daşına tay olmaz
   Kürreyi-ərz, Kəlbəcər!
  

   Mina