Azərbaycanın beş filmi festivalda nümayiş olunacaq
   
   Oktyabr ayında İranın Həmədan şəhərində 25-ci Beynəlxalq uşaq və gənclər film festivalı keçiriləcək. Festivalın qısa və tammetrajlı bədii, video, həmçinin animasiya filmlərini əhatə edən müsabiqə proqramından əlavə, müsabiqədənkənar proqramı da var. Bu proqrama son illər müsəlman ölkələrində istehsal olunmuş filmlərin nümayişi daxil edilib. Azərbaycanda 2000-ci ildən başlayaraq uşaq və gənclər üçün istehsal olunmuş 5 filmin (2 bədii, 3 cizgi filmi) də festivala göndərilməsi nəzərdə tutulub.