Dağıstan Azərbaycan Dram Teatrının kollektivi Abşeronda qonaq olub 
   
   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Abşeron rayon Mədəniyyət mərkəzində Dağıstan Azərbaycan Dram Teatrı aktyorlarının iştirakı ilə İsi Məlikzadənin “Hərənin öz ulduzu” komediyası oynanılıb.
   Tamaşadan əvvəl regional idarənin baş məsləhətçisi İlham Manafov qonaqları salamlayıb və teatrın yeni mövsümün ilk qastrol tamaşasının Abşeronda oynanılmasından məmnunluğunu bildirib.
   Daha sonra teatrın direktoru Firdovsi Əsgərov və tamaşanın quruluşçu rejissoru, Dağıstanın Əməkdar artisti Laləzar Hüseynova göstərilən dəstəyə görə Abşeron Rayon İcra Hakimiyyətinə, rayon Mədəniyyət mərkəzinə təşəkkür edib.