Türk zəfər tarixinin şanlı səhifəsinə həsr olunmuş film çəkiləcək
   
   “Ağ mələk”, “Günəşi gördüm”, “Nyu-Yorkda 5 minarə” filmləri ilə özünü rejissor kimi sınayan və geniş tamaşaçı auditoriyası toplayan məşhur türk müğənnisi Mahsun Kırmızıgül “Çanaqqala” adlı yeni film çəkmək niyyətindədir. Türk zəfər tarixinin şanlı səhifəsinə - Çanaqqala savaşına (1915) həsr olunan film üç il sonra ərsəyə gələcək. Lakin ekran əsərinin üç il sonrakı təqdimatı üçün artıq indidən 300 kinoteatr zalı kirayələnib.
   Mahsun Kırmızıgül hazırladığı layihəni Çanaqqala zəfərinin ildönümündə - 2014-cü il martın 18-də təqdim etməyi planlaşdırır.