Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində tədbir keçirilib.
Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə keçirilən tədbirdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, kulturoloq Fuad Məmmədov “Kulturologiya və Azərbaycanda davamlı inkişaf” mövzusunda mühazirə oxuyub.
Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Təranə İsmayılova çıxış edərək Bilik Fondunun maarifçilik istiqamətində həyata keçirdiyi layihələri yüksək dəyərləndirib.
Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı qurumun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində görülən işlərdən danışıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.