Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosu tərəfindən təşkil edilmiş məlumat turu çərçivəsində oktyabrın 19-da İtaliyadan olan turoperatorlar və yerli turizm şirkətləri arasında tanışlıq və əməkdaşlığın qurulması məqsədilə “Absheron JW Marriott” hotelində görüş keçirilib.
   Tədbirdə Azərbaycanın turizm imkanları təqdim edilib, Milli Turizm Təbliğat Bürosu tərəfindən görülən işlər barədə məlumat verilib, turizm sahəsində əməkdaşlığın potensialı haqqında müzakirələr aparılıb.
   Tədbirin yekununda 22 şirkət arasında ilkin anlaşmalar əldə edilib, gələcək əməkdaşlığın konturları müəyyən edilib.