Heydər Əliyev Sarayında Ankara teatrının iştirakı ilə “Keloğlan nağılları müzikli - 2” silsiləsindən “Uzun-Huysuz kosmosda” adlı müzikl-tamaşa təqdim edilib.
   Sarayın mətbuat xidmətindən bildirilib ki, türk cizgi filmindən səhnəyə uyğunlaşdırılan, musiqisi və ssenarisi peşəkar qrup tərəfindən hazırlanan müzikl-tamaşa mahnıları, rəqsləri, qəhrəmanları ilə izləyicilərə möhtəşəm əyləncə yaşadıb.
   Əyləncəli interaktiv musiqili-tamaşanın süjet xətti belədir: Huysuz və Uzun kəndliləri meydana toplayaraq hamının gözü qarşısında günəşin işığını söndürür və dünyanın ən dəyərli kitabını özləri ilə başqa planetə aparırlar. Bunu görən Keloğlan və dostları Huysuzun sehrli gücə sahib olmasının başlarına böyük bəla gətirəcəyini düşünür və vəziyyətdən çıxış yolu axtarırlar.