Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Bərdə Turizm İnformasiya Mərkəzi ilə birgə turizmin təşviqi yönündə maarifləndirici tədbirlər keçirir. Tədbirlərə uşaq musiqi və incəsənət məktəbləri də cəlb olunub.
Bərdə şəhər 4 nömrəli Uşaq incəsənət məktəbində keçirilən tədbirdə regional idarənin məsləhətçisi Ceyhun İsmayılzadə ölkəmizdə qeyri-neft sektorunun mühüm istiqaməti olan turizmin region üçün spesifik xüsusiyyətlərindən bəhs edib.
Bərdə Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov qeyd edib ki, Bərdə ərazisində yerləşən tarixi-mədəni abidələrin zənginliyi turizm üçün də əhəmiyyət daşıyır. O, slayd-şou vasitəsilə turizmin növləri, turist marşrutlarından, regiondakı tarixi-mədəniyyət abidələri barədə məlumat verib. Mərkəzin hazırladığı turist yol xəritəsi tədbir iştirakçılarına təqdim olunub.