Ankarada konfrans keçirilib
   
   TÜRKSOY-un Ankaradakı mənzil-qərargahında “Türk dünyasının mədəni inteqrasiyasında media və ünsiyyət” mövzusunda konfrans keçirilib.
   Tədbirdə rəsmi şəxslər, diplomatlar, türkdilli ölkələri təmsil edən çox sayda ziyalı iştirak edib.
   Konfransda TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov, Türkiyə Böyük Millət Məclisinin deputatı, ölkənin sabiq mədəniyyət və turizm naziri Nəbi Avcı və digər çıxış edənlər türk dünyasında mədəni əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən və bu işdə medianın rolundan danışıblar.
   Tədbirdə Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekuly ölkəsinin müstəqilliyinin 25 illiyi münasibətilə təsis olunan yubiley medalını N.Avcıya təqdim edib.