AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalı Nyu-Yorkda fəaliyyət göstərən Modern Dil Assosiasiyası (Modern Language Association - MLA) tərəfindən beynəlxalq biblioqrafiyaya daxil edilib.
   Jurnalın məsul katibi Elçin İbrahimov bildirib ki, MLA Beynəlxalq biblioqrafiyası (MLA İnternational Bibliography) ədəbiyyat, dil tarixi, etnoqrafiya, folklor və s. sahələrdə beynəlxalq istinad qaynağıdır. Biblioqrafiya 1,5 milyondan çox istinad qaynağını əhatə edir. 
   Qeyd edək ki, “Türkologiya” jurnalı SSRİ Elmlər Akademiyası və Azərbaycan SSR Elmlər Akademiyasının birgə nəşri kimi “Sovetskaya türkologiya” adı ilə 1970-ci ildən nəşr olunmağa başlayıb. 1993-cü ildən “Türkologiya” adı ilə nəşr olunur. 

   S.Qaliboğlu