Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş film beynəlxalq festivalda
Rusiyanın Lipetsk şəhərində VIII Beynəlxalq idman filmləri festivalı keçirilir. Gənc azərbaycanlı rejissor Arzu Urşanın “Yerə dəyən top göylərə də qalxar” filmi sentyabrın 30-dək davam edəcək festivalın müsabiqə proqramına daxil edilib. Film Azərbaycanda futbolun yaranmasının 100 illiyinə həsr olunub. Festivalın münsiflər heyətinin üzvü, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcovun Lipetskdən verdiyi məlumata görə, tamaşaçılar tərəfindən filmə böyük maraq göstərilib. Film “Salnamə” studiyasında istehsal olunub.