Oktyabrın 27-də Lənkəran Dövlət Dram Teatrının truppası Cəlilabadda qastrol səfərində olub. Yaradıcı kollektiv şəhərdəki Heydər Əliyev Mərkəzinin səhnəsində yazıçı-dramaturq Hafiz Mirzənin “Ay lolo və ya moskvalı gəlin” tamaşasını göstərib.
Teatrın rejissoru, Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi tamaşanın quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Rolları Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Allahverən Babayev, Qızılgül Quliyeva, Səyad Əliyev, Hikmət Cəfərov, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa ediblər.