Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov Braziliyanın Rio-de-Janeyro şəhərində Azərbaycanın adını daşıyan məktəbi ziyarət ediblər.
Azərbaycanlı diplomatlar məktəbin şagirdləri arasında “18 oktyabr - Dövlət Müstəqilliyi Günü” mövzusunda elan edilmiş inşa müsabiqəsinin qaliblərini mükafatlandırıblar. Fərqlənən şagirdlərə müxtəlif hədiyyələr təqdim olunub. Sonra məktəblilər ölkəmizlə bağlı mahnılar ifa ediblər.