Noyabrın 7-də M.S.Ordubadinin xatirə muzeyində Dövlət Bayrağı Gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq bir daha enməz” mövzusunda tədbir keçirilib.
   Tədbiri muzeyin direktoru Lalə Abaszadə açaraq əlamətdar gün barədə danışıb.
   Bildirib ki, üçrəngli bayrağımız ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 5 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti Cümhuriyyətin bayrağını yenidən dövlət rəmzi olaraq qəbul edib. Prezident İlham Əliyevin sərəncamı ilə 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd olunur. 
   Muzeyin elmi işçisi İradə Vəliyeva “Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir” adlı məruzə ilə çıxış edib. 
   Tədbirdə Sabunçu rayon Elxan Misirxanov adına 71 saylı tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-musiqili kompozisiya təqdim edilib. 
   
   Lalə Azəri