Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə gələn həftə təşkilatın Parisdəki mənzil-qərargahında Cənubi Qafqazda alman məskənlərinin 200 illiyi münasibətilə tədbirlər keçiriləcək. Bununla bağlı noyabrın 20-də UNESCO-nun qərargahında sərgi açılacaq. Sərgidə almanların ölkəmizdə mövcud mədəni irsini əks etdirən fotolar, broşürlər və kitablar nümayiş olunacaq.
Azərbaycanda yüz illər boyu bərqərar olmuş tolerantlıq mühiti ölkəmizə pənah gətirmiş alman icmasının yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurması üçün münbit zəmin yaradıb. Azərbaycan xalqı multikultural təbiətinə sadiqlik nümayiş etdirərək almanların ölkəmizdəki tarixi-mədəni irsini bu gün də qoruyub saxlayır.