2017-ci ilin 10 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 276 604 nəfər təşkil edib. Onlardan 727 577 Rusiya Federasiyası, 439 305 Gürcüstan, 320 904 İran, 249 210 Türkiyə, 81 742 Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 54 242 İraq, 49 809 Ukrayna, 31 821 Səudiyyə Ərəbistanı, 321 994 nəfəri isə digər ölkələrin vətəndaşları olub. Xarici vətəndaşlar daha çox iyul ayında (313 515 nəfər) gəlib.
Dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran və Türkiyə vətəndaşlarının xüsusi çəkisi müvafiq olaraq 31,9, 19,2, 14 və 10,9 faiz təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əsas artım tempi göstərən ölkələr İran (115 782 nəfər çox), BƏƏ (42 811 nəfər çox), Rusiya (96 040 nəfər çox) olub. 2016-cı ilin 10 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 1 894 707 nəfər təşkil etmişdi. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə Azərbaycana 381 807 (20,1%) nəfər çox xarici vətəndaş gəlib.